Xaçmazlı fermerlər əkin sahələrində lokal şəkildə əmələ gələn xəstəliklər barədə maarifləndirilir
11.04.2019 [13:59]
Xəbərin mətni
Əkin sahələrində alaq otlarının və xəstəliklərin artması üçün münbit şərait yaranıb. Buna mart-aprel aylarında havanın yağıntılı keçməsi səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşlarının Xaçmazda fermerlər və məhsul istehsalçıları ilə keçirdiyi maarifləndirici görüşdə deyilib.