Qubada traktor Samur-Abşeron kanalına aşıb
12.04.2019 [15:03]
Xəbərin mətni
Aprelin 12-də Qubada “Belarus” markalı traktor su kanalına aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisində baş verib. Xaçmaz istiqamətində hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini Samur-Abşeron kanalına aşırıb.