“Bir Məhərrəm yarası var ürəyimin”
05.06.2026 [21:31]
Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun şəhid olmasından 5 il ötür. İldönümü münasibətilə şəhid jurnalistin və Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinə süni intellekt vasitəsilə “Bir Məhərrəm yarası var ürəyimin” adlı mahnı hazırlanıb.