MƏDƏNİYYƏT


Azərbaycanın milli yeməklərinin maketləri - rəssam Mənsur Əzizlinin yaradıcılığında yeni üslub

Şəkinin tanınmış rəssamlarından olan Mənsur Əzizli yaradıcılığında daim yeniliklər etməyə, yeni üslublar axtarıb tapmağa can atır. Rəssam bu dəfə Azərbaycanın milli yeməklərinin maketlərini hazırlamaqla diqqəti özünə cəlb edib. Mulyaj üsulu (hər hansı bir əşyanın gips, mum və digər materiallar vasitəsilə dəqiq surətinin çıxarılması) ilə hazırlanan bu xörək və şirniyyat nümunələri görənlər tərəfindən böyük maraqla qarşılanır.