MƏDƏNİYYƏT


Azərbaycan gəncləri "İpək yolu – gənc arzular" festivalının mükafatçıları sırasındadılar

Çinin paytaxtı Pekində ikinci "İpək yolu – gənc arzular" adlı mədəni mübadilə festivalı keçirilib. Tarixi İpək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni mübadiləni gücləndirmək vasitəsi ilə sülhün təminatına və ümumi gələcəyin qurulmasına töhfə vermək məqsədi daşıyan festivalda 70 ölkədən təxminən 300-dən çox gənc və yeniyetmə iştirak edib.