Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb
16.04.2019 [10:59]
Xəbərin mətni
Ölkənin yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 41 kilometr uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb. Layihəyə uyğun olaraq III texniki dərəcəli avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb.