Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəran arıçıları bu il hər pətəkdən 20-25 kiloqram məhsul gözləyirlər

17.04.2019 [16:02]

Xəbərin mətni

Lənkəranda arıçılıq təsərrüfatlarında işin qızğın dövrü başlayıb. Pətəklərə baxış keçirilir, çərçivələr dəyişdirilir. Yaza demək olar ki, itkisiz çıxdıqlarını söyləyən arıçılar bu il ötən ildəkindən çox - hər pətəkdən 20-25 kiloqram məhsul götürə biləcəklərini bildirirlər.