MƏDƏNİYYƏT


“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Tərtərdə

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb.

AZƏRTAC xəbər verir ki, şəhərdə yerləşən Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.