Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli rəssam İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib

30.04.2019 [16:03]

Xəbərin mətni

Aprelin 30-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli fırça ustası İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Naxçıvan Muxtar respublikasının Rəssamlar Birliyi, Oxu Akademiyası və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar unudulmaz rəssam İbrahim Səfinin əsərlərindən ibarət sərgiyə baxıblar.