Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda tikilən yeni heyvan kəsim məntəqəsində 50 nəfər işlə təmin ediləcək

30.04.2019 [17:19]

Xəbərin mətni

Xaçmaz rayonunda tikilən yeni heyvan kəsim məntəqəsi may ayında istifadəyə veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müəssisədə gün ərzində 500 baş xırdabuynuzlu və 300 baş iribuynuzlu heyvan kəsmək mümkün olacaq.