İQTİSADİYYAT


Lənkəranda çəltik əkininə başlanılıb

Respublikamızda çəltikçiliyin inkişafı ilə bağlı müvafiq Dövlət proqramının təsdiq edilməsi bu sahəyə marağın artmasına səbəb olub. Elə bunun nəticəsidir ki, Lənkəranda çəltik sahələri ilbəil genişlənir. Qeyri-sabit hava şəraiti fermerləri qismən çətinliklə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsi uğurla davam etdirilir.