Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərxalça”nın Xaçmaz filialında bir ildə 400 kvadratmetrə yaxın xalça toxunub

03.05.2019 [16:34]

Xəbərin mətni

Bir ildir fəaliyyətə başlayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında 400 kvadratmetrə yaxın xalça toxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək istehsal emalatxanasında toxunan 165 ədəd xalçanın kəsimi aparılıb.