Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda baş verən qəzada 3 nəfər xəsarət alıb

04.05.2019 [10:44]

Xəbərin mətni

Mayın 3-ü gecə saatlarında Xaçmazda 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndov-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 3 nəfər xəsarət alıb.