İQTİSADİYYAT


Ankarada Azərbaycan, Rusiya və Türkiyə dəmir yolları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Türkiyə Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə hər üç ölkəni təmsil edən hökumət üzvləri, səfirlər və digər məsul şəxslər iştirak ediblər.