SİYASƏT


Ümummilli Liderin xatirəsi İstanbulda yad olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə İstanbulun Sarıyer bələdiyyəsinin sədri və əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.