SİYASƏT


Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir.  AZƏRTAC xəbər verir ki, mayın 10-da səhər tezdən Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.