Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan musiqiçiləri Çində karnavalda

16.05.2019 [11:12]

Xəbərin mətni

Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində mayın 15-də Asiya mədəniyyət karnavalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərdən mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.