Firmin Eduard Matoko: Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq
16.05.2019 [13:41]
Xəbərin mətni
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbərinə, eləcə də Azərbaycana təşkilatımız ilə yüksək səviyyəli əməkdaşlığa görə təşəkkür edirəm. Ölkənizin təşkilatımız ilə xüsusi proqramları var. Azərbaycan yüksək dairələrinin nümayəndələrini UNESCO-da qəbul etmişik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun mənzil-qərargahında keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunda iştirak edən UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko söyləyib.