MƏDƏNİYYƏT


Azərbaycan Asiya mədəniyyət və turizm sərgisində

Azərbaycan Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransı çərçivəsində Asiya mədəniyyət və turizm sərgisində təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin və ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə yaradılan stenddə Azərbaycan tarixinə, mədəniyyətinə, ölkəmizin müasir inkişafına, turizm potensialına dair eksponatlar, o cümlədən şəkillər, xalçalar, musiqi alətləri, milli geyim nümunələri, kitab və nəşrlər nümayiş etdirilir. Monitorda Azərbaycan təbiətinin gözəlliklərinə, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına dair videolar nümayiş olunur.