MƏDƏNİYYƏT


Gəncədə “Nəsimi” fləşmobu

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən Gəncədə möhtəşəm fləşmob təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər Gənclər Baş İdarəsinin təşkilatçılığı, 2861 nəfər gəncin iştirakı ilə keçirilən aksiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti canlandırılıb.