MƏDƏNİYYƏT


Xaçmazda ən çox kitab oxuyanlar mükafatlandırılıb

Mayın 16-də Xaçmazda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırlıb.