CƏMİYYƏT


DİN insan alveri ilə bağlı xəbərdarlıq edir: “Qaynar xətt”i yığın

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.

“Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.

DİN  insan alveri qurbanına çevrilmənin vasitələri ilə bağlı vətəndaşları xəbərdar edir. Belə ki, işədüzəltmə firmaları, moda agentliyi, nikah agentliyi, turizm agentliyi, internet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar, qəzet və televiziya vasitəsi ilə elanlar, tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər, xаrici аgеntliklər tərəfindən təkliflər, əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş və buna oxşar təkliflərlə bağlı vətəndaşların diqqətli olmaları tövsiyyə olunur.