Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb

21.05.2019 [19:10]

Xəbərin mətni

Keramika sənəti ilə tanınan qədim Şəkidə “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb. Tədbir iyunun 2-dək davam edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ABAD” publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri ilə tanış etməkdir.