CƏMİYYƏT


Lənkəranda toxunan xalçalar Azərbaycan brendi ilə xaricə satılır

Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi var. Ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri fəaliyyət göstərir. Bu fabriklərdən biri də 2018-ci ildə Lənkəranda istifadəyə verilib. Müəssisəyə uzun illər xalçaçılıq sənətini yaşadan toxucularla yanaşı, gənclər də cəlb olunub.