Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada Məmməd Arazın xatirəsi anılıb

22.05.2019 [16:28]

Xəbərin mətni

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Böyük sənətkar hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 22-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində keçirilən IV “Məmməd Araz poeziya günü”ndə ətraflı danışılıb.