MƏDƏNİYYƏT


Qusarın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb

Qusarda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb. Müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.