SİYASƏT


ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəliklərin rəhbərləri ilə yanaşı, Əfqanıstanın Xarici İşlər Nazirliyinin baş direktoru Həsən Suruş və Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xəzər Siyasət Mərkəzinin idarə heyətinin üzvü Robert Sekuta qonaqları salamlayıb. Daha sonra Xəzər Siyasət Mərkəzinin idarə heyətinin digər üzvü Riçard Houqland moderator qismində çıxış edərək, Trans-Xəzər regionunun böyük potensialını və üstünlüklərini vurğulayıb, belə tədbirlərin ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd edib.