CƏMİYYƏT


Şabranda istixanada çətənə kolları becərən şəxs saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri rayonun Mollakamallı kənd sakini Laçın Atakişiyevə məxsus evin həyətyanı sahəsində yerləşən istixanada aşkarlanıb. Şahidlərin iştirakı ilə istixanaya baxış zamanı orada yaş çəkisi 1755 qram təşkil edən 32 ədəd çətənə kolu olduğu müəyyənləşib.