SİYASƏT


Madriddə Respublika Günü qeyd olunub

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən 28 May–Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Madriddə rəsmi qəbul mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin İspaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da qatılıb.