İQTİSADİYYAT


“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur

Çinin Şandun vilayətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrin iştirakı ilə beynəlxalq investisiya və ticarət sərgisi, paralel olaraq ŞƏT-in regional iqtisadi və ticarət əməkdaşlığı forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Ticarət Palatasının, Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı, ŞƏT katibliyinin dəstəyi ilə keçirilən sərgi-forumun açılış mərasimində çıxış edən vilayətin vitse-qubernatoru Ren Ayrun və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov bu cür tədbirlərin qurumda təmsil olunan ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər.