Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rövşən Nəcəf: Uyğunlaşma bacarığı və ömürboyu təhsil getdikcə daha vacib olur

17.09.2026 [13:59]

Xəbərin mətni

İllər keçdikcə elm və texnologiya inkişaf edir və gələcəkdə nəyin baş verəcəyinə cavab vermək getdikcə çətinləşir. Buna görə də uyğunlaşmaq üçün qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə nələrin baş verə biləcəyini anlamaq vacibdir. Lakin bu anlayışların özü də dəyişir. Bu mənada ömürboyu təhsil, daimi öyrənmə çox vacib hal alır. Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.