MƏDƏNİYYƏT


Azərbaycan bəstəkarlarının əsərləri Badendə

Mayın 26-da Avstriyanın Baden şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən konsert 28 May – Respublika Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Baden şəhər Kurort Parkının rəhbərliyi adından qonaqlar salamlanıb. Qeyd edilib ki, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük kurort parklarından biridir və salındığı 1792-ci ildən bəri təbiət, istirahət və mədəniyyət burada ön planda dayanır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır