SİYASƏT


Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi Los-Ancelesdə qeyd olunub

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, azərbaycanlılar, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.