MƏDƏNİYYƏT


"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib

Çin Xalq Respublikasının paytaxtında keçirilən "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin iştirakçıları olan ölkələrin təmsilçilərinin, diplomatların, Pekin ictimaiyyətinin nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı belə bir beynəlxalq tədbirin Çində təşkil edilməsinin və Azərbaycanın Çin ilə əlaqələrə verdiyi önəmin göstəricisi kimi, bu sərgidə öz milli pavilyonu ilə iştirak etməsinin çox əlamətdar olduğunu deyib. O, hazırda Azərbaycanda təbiətin və ətraf mühitin mühafizəsi, yaşıllıqların, qoruqların və meşə massivlərinin salınması, flora və faunanın qorunması istiqamətində geniş fəaliyyətin həyata keçirildiyini, bu işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.