Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Günü Parısdə də qeyd edilib

29.05.2019 [18:17]

Xəbərin mətni

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 və Azərbaycan diplomatik orqanlarının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbir Azərbaycan və Fransa himnlərinin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Fransa diplomatik orqanlarının, eləcə də UNESCO-nun yüksək səviyyəli nümayəndələri, Fransa Milli Assambleya və Senatının üzvləri, keçmiş nazirlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, analitik mərkəzlərin, KİV və ictimaiyyət təmsilçiləri iştirak ediblər.