Vatikanda Azərbaycan diplomatiyasının 100 illiyi qeyd olunub
30.05.2019 [11:58]
Xəbərin mətni
Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü və Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından, son illərdə uğurla həyata keçirilən birgə tədbirlərdən, Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi və mədəni irsin qorunmasına yönəlmiş layihələrdən danışıb.