Repressiya dövrünün qaranlıq səhifələrinə işıq saçan muzey REPORTAJ
04.06.2019 [16:17]
Xəbərin mətni
Dövlət Sərhəd Xidmətinin inzibati binasındakı “Siyasi repressiya qurbanları muzeyi”.
Muzeydə yaradılan şəraitlə tanış olmaq üçün AZƏRTAC-ın çəkiliş qrupu “Siyasi repressiya qurbanları muzeyi”ndə olub.
Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. Buradakı ekspozisiyalarda 1920-1950-ci illərdə sovet dövlətinin yürütdüyü siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşların repressiyaya məruz qalmasını çox aydın görmək olar.