DÜNYA


Çində kommersiya məqsədilə ilk 5G lisenziyaları verilib

Çində 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün ilk lisenziyalar verilib.

AZƏRTAC xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin mobil rabitə operatorları olan "China Mobile", "China Telecom" və "China Unicom"a, habelə "China Broadcasting Network"a müvafiq lisenziyaları təqdim edib.