Vaşinqtonda milli rəqslərimiz nümayiş olunub
10.06.2019 [17:59]
Xəbərin mətni
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbinin şagirdləri tərəfindən ABŞ paytaxtının ən məşhur məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq şagirdlər Vaşinqtonun Linkoln Memorial və Prezident parklarından biri olan Ellips parkında Azərbaycan rəqslərini nümayiş etdiriblər.