SİYASƏT


Respublika Günü Ankarada qeyd edilib

Azərbaycanın Türkiyədəki səfirliyində 28 May – Respublika Günü, Silahlı Qüvvələr Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Türkiyənin rəsmi şəxsləri, Silahlı Qüvvələrin generalları, elm və mədəniyyət xadimləri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, qardaş ölkədə çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.