MƏDƏNİYYƏT


Parisdə UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyası ilə bağlı mətbuat konfransı keçirilib

Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Bakıda keçiriləcək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq sənədlər, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklərdən danışıb. UNESCO Dünya İrs Komitəsinin 21 üzv dövlətdən ibarət olduğunu bildirib. O, Komitənin üzvləri və roluna dair məlumat verib. Bildirib ki, Bakı sessiyasında Dünya irsi siyahısına daxil edilən 166 mədəni irsin saxlanması vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır