MƏDƏNİYYƏT


İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin “Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışı və “Arşın mal alan” filminin nümayişi ilə başlayan İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb.