MƏDƏNİYYƏT


Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir

Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bizim üzərimizə böyük məsuliyyət qoyur. İyunun 30-da bizim bir sıra məhsuldar görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə UNESKO-nun rəhbərliyi arasında görüş keçirildi. Həmçinin çox möhtəşəm açılış mərasimində iştirak etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də jurnalistlər üçün mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.