Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanın instrumental qrupu Şəkidə çıxış edib

02.07.2019 [11:54]

Xəbərin mətni

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının üçüncü günü axşam tamaşaçılara Macarıstanın “Kerekes Band” instrumental qrupunun konsert proqramı təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib.