MƏDƏNİYYƏT


Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də öz işini iştirakçı ölkələrin təmsilçilərinin çıxışları ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, sessiyanın növbəti günündə üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib. Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabat barədə danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.