SİYASƏT


Berlin Humboldt Universitetində Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının birgə təşkilatçılığı ilə bu təhsil ocağında “Azərbaycan diplomatiyasının 100 illiyi” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə Azərbaycan diplomatiyasının 100 illiyinə dair məruzə ilə çıxış edib. O, Azərbaycanın diplomatiya tarixinə nəzər salaraq, bu tarixin orta əsrlərin erkən dövrlərinə təsadüf etdiyini bildirib, Azərbaycanın diplomatiya tarixində Sara Xatun, Uzun Həsən və Şah İsmayıl Xətai kimi görkəmli tarixi şəxsiyyətlərin olduğunu diqqətə çatdırıb.