MƏDƏNİYYƏT


Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib. Bildirilib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb.