MƏDƏNİYYƏT


Qarabağ atları əvvəlki tək meydandadır

Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürüb. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olub.