MƏDƏNİYYƏT


“Jara-2019”un ikinci günü - Emin, Leps, Kirkorov...

İyulun 26-da “Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılara əsl bayram ab-havası yaşadıb. AZƏRTAC xəbər verir ki, bu gün həm ayrı-ayrı ifalar, həm də duetlərlə yadda qalıb. Konsert çərçivəsində Qriqori Lepsin, Stas Mixaylovun və “Lyube” qrupunun yaradıcılıq gecələri keçirilib.