MƏDƏNİYYƏT


Kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olub

“Azərbaycanfilm” Kinostudiyasının binası təkcə istehsal sahəsi deyil, eyni zamanda, böyük mədəniyyət mərkəzidir. Əminliklə demək olar ki, burada Azərbaycanın böyük mədəniyyət tarixi yerləşir. AZƏRTAC xəbər verir ki, bu sözləri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov kino günü münasibətilə görkəmli rejissor Hüseyn Seyidzadənin kinostudiyada yerləşən iş otağının açılışında söyləyib.